Vacancies

HomeVacancies

Baş mühasib

Əmək haqqı: müsahibə əsasında
Təcrübə: 5 il
Qrafik: Tam iş günü

İş ünvanı: İş ünvanı “Samuray” firması, Sumqayıt şəhəri,
Metallurq küç.1 (018) 642 35 01/02; (012) 448 35 02

Tələblər:

• Maliyyə və ya iqtisadiyyat sahəsi üzrə ali təhsilli 30-40 yaş arası namizəd;
• Ən azı 5 il iş təcrübəsi olmalı;
• Mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri, vergi məcəlləsini bilməli, ƏDV ilə bağlı istehsal sahəsində işləmək bacarığı olan;
• Bütün növ (vergi, DSMF və s. ) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir ;
• Müəssisədə mühasibat uçotunun təşkilinin forma və metodlarını, maliyyə hesabatlarının standartlarını bilməlidir;
• 1C 7.7 proqramında sərbəst işləməli;
• Azərbaycan dilli
• Yüksək izah etmə qabiliyyəti;
• vergi online kargüzarliq sistemi ilə işləmək bacariği
• müxabirləşmələrlə işləmə və analiz etmə bacariği


Vəzifələr:

1. işçilərin ayliq əmək haqlarinin hesablanmasi (xəstəlik vərəqələri, son haqq hesab, məzuniyyət, birdəfəlik müavinət, analiq məzuniyyəti üzrə müavinət, və s. )
2. əmək haqqi hesablanmasinin 1 c 7.7 proqramina yiğilmasi, əmək haqqi hesablamalari üzrə müxabiləşmənin verilməsi, işçilərə yeni əmək haqqi kartlarinin sifariş edilməsi
3. kassa mədaxil və məxaric orderlərinin tərtibi, kassa kitabinin yazilmasi
4. ödəniş tapşiriqlarinin hazirlanmasi, bank çixarişlarinin 1 c 7.7 proqramina işlənməsi, ədv depozit hesabindan köçürmələr aparilmasi, 1 c 7.7 proqramina işlənilməsi.
5. anbar uçotu (mədaxil, məxaric). təhtəl hesab şəxslərin uçotu
6. debitor və kreditorlarla hesablaşmalar və uçot
7. əsas vəsaitlərin uçota alinmasi və sənədləşdirilməsi
8. dövlət hesablarinin təqdim edilməsi (vergi, dsmf, statistika)
9. İllik hesabatların hazırlaması və aidiyyəti orqanlara təqdim edilməsi;


İş şəraiti:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş saatları: 9:00-18:00;
– Nahar firma tərəfindən verilir
– Səmimi və mehriban iş kollektivi
-CV-lər AZƏRBAYCAN DİLİNDƏ qəbul olunur.

Əlaqələndirici şəxs:
HR Department: (012) 448-35-02
[email protected]

Satış meneceri

Əmək haqqı: müsahibə əsasında
Təcrübə: 5 il
Qrafik: Tam iş günü

İş ünvanı: İş ünvanı “Samuray” firması, Sumqayıt şəhəri,
Metallurq küç.1 (018) 642 35 01/02; (012) 448 35 02

Tələblər:

· 25-35 yaşlarında Ali təhsilli kişi namizəd;
Satış sahəsində ən azı 5 illik təcrübə;
· MS Office bilikləri
· Azərbaycan və Rus dillərini mükəmməl bilməli;
· İşində məsuliyyətli olmalı;
· Liderlik qabiliyyəti, analitik düşünmə və problem həll etmə qabiliyyəti
· Ünsiyyət və münasibət qurma, inandırma bacarığı olmalı
· Əməkdaşlıq etmə qabiliyyəti və vəziyyətə tez uyğunlaşa bilmə qabiliyyəti

İşin təsviri:
· Satış ilə bağlı bazar kəşfiyyatının aparılması
· İnternet və digər vasitələrlə potensial müştəri axtarışı
· Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi
· Müştərilərə zəng vəya email vasitəsi ilə ilkin əlaqənin qurulması və görüşlərin təyin olunması
· Satış və görüşlərin nəticəsi haqqında günlük hesabat;
· Müştəridən sifarişlərin qəbul olunması və şərtlər müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi
· Müştəri ödəmələrinin izlənilməsi
· İş ofisdaxilidir.
· Firma Sumqayıt şəhərində yerləşir.


CV-lər yalnız AZƏRBAYCAN DİLİNDƏ qəbul olunur.
Mövzu yerində vakansiyanın adını qeyd etməyənlərin CV-lərə baxılmayacaq.